Bu kəndlərə köçənlərə mənzillərin açarları təqdim edildi - FOTO

Bu kəndlərə köçənlərə mənzillərin açarları təqdim edildi - FOTO

Hazırda oxunan: Bu kəndlərə köçənlərə mənzillərin açarları təqdim edildi - FOTO

580391

Noyabrın 13-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə və Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə çatıb.

Bizim.Media xəbər verir ki, bu mərhələdə Xocalının Badara kəndinə köçürülən 19 nəfərdən ibarət 6 ailəyə, Daşbulaq kəndinə 31 nəfərdən ibarət 9 ailəyə, Ağdərənin Vəngli kəndinə isə 45 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO