İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisi açıldı

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisi açıldı

Hazırda oxunan: İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisi açıldı

580375

Noyabrın 13-də ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak ediblər.

Mərasimdə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hansen, həmçinin Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard nümayəndə heyəti üzvü kimi iştirak ediblər.

Qeyd edək ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi 2024-cü il iyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınıb. İcmanın sədri Quliyeva Olqa Kimovnadır.

Tədbir zamanı kilsənin Bakı ofisinin açılması iki ölkə arasında dini əməkdaşlığın inkişafına, həmçinin Azərbaycanın multikultural dəyərlərinin və dini dözümlülüyünün təşviqinə töhfə verəcək əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Xatırladaq ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) xristian köklərinə əsaslanan, lakin bəzi doktrinal xüsusiyyətlərinə görə ənənəvi xristian məzhəblərindən fərqlənən dini mərkəzdir.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO