“Diplom alan minlərlə müəllim şəkilçi ilə bağlayıcını bir-birindən ayıra bilmir” – Anar İskəndərov

“Diplom alan minlərlə müəllim şəkilçi ilə bağlayıcını bir-birindən ayıra bilmir” – Anar İskəndərov

Hazırda oxunan: “Diplom alan minlərlə müəllim şəkilçi ilə bağlayıcını bir-birindən ayıra bilmir” – Anar İskəndərov

580373

“Minlərlə insan diplom alıb, şəkilçi ilə bağlayıcını bir-birindən ayıra bilmir. Hər ay komitə sədri kimi qəbulum olur. Qəbula gələnlərin əksəriyyəti qadınlardır. Onlar deyirlər ki, bizim sertifikasiyadan keçməyə 2-3 balımız çatmayıb. Fakt ondan ibarətdir ki, sən imtahandan kəsilmisən. Müəllim savadlı olmalıdır ki, təhsil keyfiyyətli olsun”.

Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil komitəsinin sədri Anar İskəndərov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, təhsil-tələbə kreditinin şərtlərinin də asanlaşdırılmasını, yumşaldılmasını vurğulayıb.

Komitə, həmçinin, kənd məktəblərində işləmək üçün müəllimlərə güzəştlərin artırlmasını təklif edib:

“Kənd məktəblərinə müəllimlərinə getməsi üçün müəyyən güzəştlər var. O güzəştləri elə etmək lazımdır ki, qoy, rahat getsinlər. Yoxsa güzəşt olmasa, əlavə nəsə verilməsə, gedən olmayacaq. Hamı isti yer axtarır, hamı məkəz axtarır. Yəni az olsun, amma mərkəzdə olsun. Bunun üzərində fikirləşmək lazımdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO