Hicran Hüseynova: “Bu vəziyyət qadınları işləmək imkanından məhrum edir”

Hicran Hüseynova: “Bu vəziyyət qadınları işləmək imkanından məhrum edir”

Hazırda oxunan: Hicran Hüseynova: “Bu vəziyyət qadınları işləmək imkanından məhrum edir”

580368

“Təəssüflər olsun ki, qadınların çox böyük hissəsi əmək bazarında aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri də məktəbəqədər təhsil müəssisələrinin çatışmamasıdır. Bu göstərici əvvəlki illərlə müqayisədə artıb. Uşaq bağçalarının az olması, bəzi qəsəbə və kəndlərdə heç olmaması qadınları işləmək imkanından məhrum edir”.

Bizim.Media xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bir çox uşaq bağçalarında, məktəblərdə tibb işçiləri yoxdur:

“Bu həm də psixoloji xidmətin təşkilinə aiddir. Psixoloji dəstəyə ehtiyacın müəyyən edilməsi bir sıra ağır nəticələrin qarşısını vaxtında ala bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO