9 il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş - FOTO

9 il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş - FOTO

Hazırda oxunan: 9 il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş - FOTO

580365

Cəlilabad rayonunda 2016-cı il tarixdə itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilova qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, polis və Penitensiar Xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş, 1997-ci il təvəllüdlü Elnur Nizami oğlu Eynullayev tərəfindən törədilməsi müəyyən olunub.

O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO