Bakıda kişi arvadına üç şillə vurduğu üçün cərimələnib.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Şahin Məmmədov (adı və soyadı şərtidir) 2013-cü ildə ailə qurub və birgə nikahdan iki övladları dünyaya gəlib.
Bir müddət əvvəl həyat yoldaşı Şahinin ona xəyanət etməsindən şübhələnib və aralarında mübahisə yaranıb.
Mübahisədən sonra Şahin evdə çörək yeyərkən arvadına suallar verib. Ondan küsən arvadı isə ona cavab verməyib və stoldan duraraq yataq otağına gedib. Şahin əsəbiləşərək onun arxasınca yataq otağına keçib və mübahisə davam edib. Mübahisə nəticəsində Şahin həyat yoldaşına üç şillə vurub.
Qadın səhər saatlarında polisə müraciət edib. Hadisə yerinə polis əməkdaşları gəliblər və Şahin saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Ş.Məmmədov 1000 (min) manat cərimə edilib. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:13 / 13.11.2025
Bakıda kişi arvadına üç şillə vurdu – CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Bakıda kişi arvadına üç şillə vurdu – CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Bakıda kişi arvadına üç şillə vurdu – CƏRİMƏLƏNDİ
580364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































