300 nəfər könüllü irəli çıxsın deyilsə də, 600 nəfərin hamısı önə çıxdı - FOTO

300 nəfər könüllü irəli çıxsın deyilsə də, 600 nəfərin hamısı önə çıxdı - FOTO

Hazırda oxunan: 300 nəfər könüllü irəli çıxsın deyilsə də, 600 nəfərin hamısı önə çıxdı - FOTO

580357

“Bir həqiqəti yazmağı özümə borc bilirəm. Hərbi əməliyyatlar başlayanda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından 300 xüsusi təyinatlının seçilməsi tapşırığı verilir. Sırada 600 nəfər dayanır.

Komandanlıq “yalnız 300 könüllü irəli çıxsın” deyir. Və həmin an - 600 nəfərin hamısı eyni anda önə çıxaraq “Hazırıq!” deyir”.

Bizim.Media xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə səhifəsində yazıb.

O, müharibəyə yollanan həmin xüsusi təyinatlının 29-nun Şuşa uğrunda döyüşlərdə şəhid olduğunu vurğulayıb.

“Bu, sadəcə bir seçim deyildi. Bu, Vətənə sədaqətin ölçüsüz nümunəsi idi. Həmin igidlərdən 29-u Şuşa uğrunda döyüşlərdə şəhid oldu. Onların hər biri bu xalqın şərəf salnaməsinə adı yazılan qəhrəmanlardır”, - deyə DİN rəsmisi qeyd edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO