2027-2030-cu illərdə, bizim növbəti həll etdiyimiz məsələ müəllimliyin saat hesabı, yarımştat, hərdənbir məktəbə gəlib dərs demək işindən daimi işə cəlb olunmasıdır.
Necə ki, bizim daimi işimiz var, səhər işə gedib, axşam işdən çıxırıq. İstəyən müəllimlər üçün, yəni heç kim heç kimi buna məcbur etməyəcək, tamamilə rəqabətli, kifayət qədər yüksək əmək haqqısı olan, daimi ştatda olan müəllimlər olacaq. Yəni o müəllimlərin həftəlik dərs yükü 18-24 saat olacaq. Yerdə qalan saat hissələrini o, təhsilə aid digər işlərə, valideynlərlə görüşəcək, şagirdlərlə müəyyən işlər görəcək və s. sərf edəcək.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, həmin müəllimlər sertifikasiyadan yüksək bal toplamış müəllimlər arasından seçiləcək:
“Əgər müəllim yüksək əməkhaqqı istəsə, bunu seçə bilər. İstəməsə, yenə də saat hesabı, Sovet dövründən miras qalmış “stavka” sistemi ilə davam edə bilər. Müəllimlərin əmək haqqının aşağı olmasının səbəbi həftəlik dərs yükünün aşağı olmasıdır. Həftədə 12 saat işləyən müəllimin maaşı da aşağı olacaq”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:32 / 13.11.2025
Müəllimlərin NƏZƏRİNƏ! Yeni əməkhaqqı sistemi ilə bağlı nazirdən AÇIQLAMA
Hazırda oxunan: Müəllimlərin NƏZƏRİNƏ! Yeni əməkhaqqı sistemi ilə bağlı nazirdən AÇIQLAMA
Hazırda oxunan: Müəllimlərin NƏZƏRİNƏ! Yeni əməkhaqqı sistemi ilə bağlı nazirdən AÇIQLAMA
580355
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































