MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə ELAN ETDİ

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə ELAN ETDİ

Hazırda oxunan: MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə ELAN ETDİ

580347

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

Bizim.Media xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Media subyektlərinin müsabiqədə iştirak etməsi üçün bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla ən azı dörd nəfərdən ibarət heyəti olmalıdır.


Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur. Bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 (səkkiz yüz) manat təşkil etməlidir.


Qeyd edək ki, müsabiqəyə 26 noyabr 2025-ci il saat 18:00-dək müraciət etmək mümkündür.

Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO