Bu şəxslərin təhsil və təqaüd xərclərinə 42 milyon manat AYRILACAQ

Bu şəxslərin təhsil və təqaüd xərclərinə 42 milyon manat AYRILACAQ

Hazırda oxunan: Bu şəxslərin təhsil və təqaüd xərclərinə 42 milyon manat AYRILACAQ

580342

“Dövlət sifarişi ilə ali təhsilin maliyyə təminatı üçün ayrılacaq vəsaitin 42,0 milyon manatı həssas qrupdan olan 18,5 min nəfər tələbənin müvafiq olaraq təhsil və təqaüd xərcləri üçün nəzərdə tutulub”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, dövlət büdcəsindən təhsil tələbə kreditinə 15 milyon manat vəsait ayrılıb:

“Həmçinin, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi, o cümlədən təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət büdcəsindən 15,0 milyon manat vəsait ayrılması proqnozlaşdırılır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO