2026-cı ildə yalnız bu rayon dövlət büdcəsindən YARDIM ALACAQ

2026-cı ildə yalnız bu rayon dövlət büdcəsindən YARDIM ALACAQ

Hazırda oxunan: 2026-cı ildə yalnız bu rayon dövlət büdcəsindən YARDIM ALACAQ

580337

"Büdcə layihəsində gəlirlərdə vergi və qeyri-neft sektorunun gəlirlərinin payının artmasının proqnozlaşdırılması dünyada gedən proseslərlə, beynəlxalq maliyyə-iqtisadi konyunktura ilə bağlı olsa da, bu, yeni imkanlar açacaq, neftdən asılılığın getdikcə azalmasına, kənd təsərrüfatının, turizmin, yeni texnologiyaların tətbiqinə, xırda və orta sahibkarlığın və digər sahələrin inkişafına təsir edəcək”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
 

“Bir neçə il əvvəl Azərbaycan dövlətinin heç bir xarici kömək olmadan yalnız öz gücünə ərazilərini işğaldan azad etməsi və ondan dərhal sonra yenə də heç bir xarici dövlətin və beynəlxalq maliyyə qurumunun yardımı olmadan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında apardığı xəyala gəlməyən nəhəng quruculuq işləri möhtərəm cənab Prezidentimizin rəhbərliyi altında ölkəmizdə qurulmuş maliyyə-iqtisadi siyasətin düzgün həyata keçirildiyini göstərir”, - deyə deputat bildirib.


O bildirib ki, 2022-ci ildə dövlət büdcəsindən yardım alan rayonların sayı əgər 14 idisə, gələn il yalnız 1 – Xocavənd rayonu olacaq.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO