2026-cı ildə Azərbaycanda dəfn müavinəti alanların sayının 39 min 821 nəfər olacağı proqnozlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu, Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcə layihəsinə verdiyi rəydə əks olunub.
Bildirilib ki, bunun üçün ayrılan xərclər isə 37,6 milyon manat təşkil edəcək. Həmçinin, dəfn üçün verilən müavinətin orta məbləğinin isə 944 manat olacağı proqnozlaşdıırlır.
Qeyd edək ki, hazırda təqaüdçülərin yaxınlarına verilən dəfn üçün müavinətin məbləği minimum pensiyanın 3 misli, yəni 320 manatın 3 misli qədər, 960 manatdır.
İşləyən sığortaolunanlara ödənilən dəfn müavinətinin məbləği isə 600 manat təşkil edir.
Günay Şahmar, Bizim.Media
































































































