Bu sahədə çalışanlar süni intellektdən pulsuz istifadə edə bilərlər – YENİ TƏKLİF

Bu sahədə çalışanlar süni intellektdən pulsuz istifadə edə bilərlər – YENİ TƏKLİF

Hazırda oxunan: Bu sahədə çalışanlar süni intellektdən pulsuz istifadə edə bilərlər – YENİ TƏKLİF

580219

Avropanın bəzi ölkələrindən sonra Qazaxıstan da bir ilkə imza atdı. Təhsil və tədqiqat sahəsində çalışan mütəxəssislərə süni intellektdən pulsuz yararlanmaq imkanı verildi.

Bundan başqa, Qazaxıstanda müəllimlər üçün pulsuz Sİ kursları və onlayn platformalar fəaliyyətə başlayıb.

Bu təşəbbüslər elmi potensialın gücləndirilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət məqsədi güdür.
 

Azərbaycanda da sürətlə rəqəmsallaşan elmi sahələrdə oxşar təşəbbüsləri reallaşdırıla bilər. Amma hələ ki mütəxəssislər süni intellekt proqramlarından öz imkanları hesabına faydalana bilirlər. Bu da daha çox kütləvi deyil, fərdi təşəbbüsdən irəli gəlir, ona görə də nəticə böyük perspektivlər vəd etmir.


Təhsil üzrə ekspert Rüxsarə Əsədova Bizim.Media-ya açıqlamasında vurğulayıb ki, Azərbaycanda da süni intellekt sahəsində bacarıqları artırmaq, müxtəlif tədqiqatlarda faydalanmaq üçün belə pulsuz proqramlar çox yararlı ola bilər:

“Universitetlər bu sahədə əməkdaşlıq edərək bu cür layihələr formalaşdıra bilərlər.

Dövlət səviyyəsində məsələn, elm və təhsil nazirliyində bununla bağlı strategiya hazırlana bilər.
 

Çünki pulsuz istifadə üçün maliyyələşmə mexanizmi yaradılmalıdır, bura dövlət büdcəsindən başqa beynəlxalq qrantlar, özəl sektorun sponsorluğu da daxil ola bilər. Buna görə də ilk növbədə tərəfdaşlıq vacibdir”.


Ekspert həmçinin təklif etdi ki, ilk mərhələdə bir neçə iri şəhərdə pilot layihə olaraq həyata keçirilə bilər, effektiv olduğu halda ölkə üzrə genişləndirmək mümkündür.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO