M8 marşrutundan ŞİKAYƏT – Avtobusların sayı ARTIRILACAQ?

M8 marşrutundan ŞİKAYƏT – Avtobusların sayı ARTIRILACAQ?

Hazırda oxunan: M8 marşrutundan ŞİKAYƏT – Avtobusların sayı ARTIRILACAQ?

580216

Gənclik-Maştağa istiqamətində fəaliyyət göstərən M8 marşrutunun intervalı narazılıq yaradır. 

Bu barədə Bizim.Media-ya sərnişinlərin müraciətləri daxil olub.
 

Onların sözlərinə görə, avtobus 15 -20 dəqiqəyə gəlir. Həmin vaxt isə sərnişin sıxlığı olduğu üçün əlavə narahatlıq yaradır. Sərnişinlərin çoxu sıxlıq olan avtobusa minə bilmir və məcbur olub növbəti marşrutu gözləməli olurlar. Bu da evə tələsən sərnişinlərin əlavə vaxt itkininə, səbəb olur.


Qeyd edək ki, ictimai nəqliyyatda gedişhaqqı artırılan zaman rəsmi qurumlar xidmətin yüksələcəyi vədi vermişdilər. Amma nə xidmət, nə də keyfiyyət artırılıb.

Maraqlıdır, marşrut xəttinin 20 dəqiqəlik intervalının səbəbi nədir?

Bu avtobus sayının az olmasından qaynaqlanır?

Bizim.Media problemlə bağlı sözügedən marşrutun daşıyıcı şirkəti “BakuBus MMC”-yə sorğu ünvanlayıb. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirib ki, bu xətt üzrə hərəkət edən sərnişinlərin sayında artım müşahidə edilir:

“BakuBus” MMC-nin istismarında olan M8 nömrəli müntəzəm marşrut xətti marşrut pasportuna əsasən 10-11 dəqiqəlik intervalla fəaliyyət göstərir və xətt üzrə ümumilikdə 17 avtobus hərəkət edir.
 

Lakin, günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Heydər Əliyev prospekti və Sabunçu-Zabrat şosesində,Seyid İbad Ağa,Ağa Nemətulla , Əbdüləzəl Dəmirçizadə, Təbriz küçəsi,  Fətəli Xan Xoyski prospekti istiqamətlərində, müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən avtobuslararası intervallarda artım müşahidə edilir.


Qeyd olunan saatlarda  sərnişin sıxlığı ilə bağlı bildirmək istərdik ki, marşrutun başlanğıc istiqaməti olan Maştağa qəsəbəsindən səhər saatlarında şəhər istiqamətinə hərəkət edən sərnişin axınının artması səbəbindən bəzi sıxlıq halları müşahidə olunur.

Bəs problemin həlli üçün avtobusların sayı artırılacaq?

“Avtobus sayının artırılması ilə bağlı müvafiq ölçü götürülüb və hazırda monitorinq prosesi aparılır”, - deyə Əsmər Əliyeva bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO