Kənar Dairəvi yolda baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

Kənar Dairəvi yolda baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

Hazırda oxunan: Kənar Dairəvi yolda baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

580189

"Müşahidə kameraları vasitəsilə qeydə alınan qəzaların təhlilləri göstərir ki, bəzi sürücülər manevr, yerdəyişmə və ya dönmə zamanı dönmə işığını yandırmaqla digər hərəkət iştirakçıları qarşısında üstünlüyə malik olduqlarını düşünürlər.

Lakin dönmə işığının yandırılması xəbərdarlıq üçündür və bu, sürücüyə yol hərəkəti qaydalarına zidd şəkildə hərəkət etmək imkanı vermir. Hərəkətin təhlükəsizliyinə əmin olmadan manevr etməyə cəhd göstərmək qəzaya səbəb ola bilər".

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.

"Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda qeydə alınan bu qəzadan da görünür ki, sürücü dönmə işığını yandırsa da, digər nəqliyyat vasitələrinin məsafəsini və hərəkət sürətini düzgün qiymətləndirmədiyinə və təhlükəsiz şərait yaranmadan manevr etdiyinə görə yol-nəqliyyat hadisəsi baş verir.
 

Bir daha xatırladırıq ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsi tələb edir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməlidir.


Həmçinin vurğulanır ki, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Qanunda o da qeyd olunur ki, siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir", - deyə müraciətdə bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO