Azərbaycanda gen mühəndisliyi ilə kim məşğul olur? – SON DURUM

Azərbaycanda gen mühəndisliyi ilə kim məşğul olur? – SON DURUM

Hazırda oxunan: Azərbaycanda gen mühəndisliyi ilə kim məşğul olur? – SON DURUM

58018

Elmi-texniki tərəqqinin yeniliklərinin ən çox müşahidə olunduğu sahələrdən biri heç şübhəsiz tibbdir. Xüsusilə də, tibbin genetika qolu son zamanlar öz inkişaf tempinə görə daha çox fərqlənir. Bu inkişafda COVİD 19 pandemiyasının da danılmaz rolu olsa da, insan genetikası üzərində aparılan araşdırmaların tarixi xeyli əvvələ dayanır. 

Genetika sahəsində ilk addımlar hələ qədim dövrlərdə, daha dəqiq Mezolit dövründə əkinçiliyin meydana çıxması ilə atılsa da, insan genetikası üzər araşdırmaların təməlləri 1960-ci illərdən qoyulub.
 

MÖVZU İLƏ BAĞLI:

AMEA işğaldan azad olunan ərazilərdə tədqiqatlara başlayır - Bu ildən


Hal-hazırda isə bütün dünyada bu sahəyə maraq xeyli böyükdür. Dünyanın nüfuzlu universitetlərinin ən yüksək ödənişli ixtisasları sırasında gen mühəndisliyi ön pillələrdə qərarlaşıb. Hətta bəzi ekspertlər genetika mühəndislərini dünyada ən çox tələb olunan kadrlar kimi qiymətləndirirlər. Dövlətlər də bu sahəyə ciddi maliyyə vəsaitləri ayırır, eyni zamanda genetika mühəndisləri üçün böyük iş imkanlarının olduğunu elan edirlər. Nümunə üçün qeyd edək ki, İngiltərə və ABŞ hökuməti 2018-ci ildə genetika mühəndisliyi üzər ixtisaslaşmış 18 min kadra ehtiyac olduğunu bəyan etmişdilər.

İnsan genetikası üzərində aparılan araşdırmaların əsas istiqamətlərinə kimi, gen klonlaması, DNT klonlaması, genetik modifikasiyalar və s. aiddir.

Bu, təbii ki, aysberqin görünən tərəfidir. Eyni zamanda, gen redaktələrindən mənfi məqsədlər üçün (genetik silahlar, xəstəliklərin yayılması və s.) də istifadə olunduğu dünya mətbuatında zaman-zaman yer alan idddialar arasındadır.

Xüsusilə inkişaf etmiş ölkələrdə daha çox diqqət ayrılan bu sahəyə ölkəmizdə marağın və diqqətin böyük olduğunu, təəssüf ki, söyləyə bilmərik.

Ölkəmizdə Bakı Dövlət Universitetinin nəzdində Molekulyar biologiya ixtisası üzrə bakalavr, Genetik informasiya ekspressiyasının tənzimlənməsi üzrə isə ixtisaslaşma fəaliyyət göstərir.

Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Genetik Ehtiyatlar İnsitutunun mövcudluğuna rast gəldik. Təbii ki, daha əvvəl hər hansı ciddi elmi nailiyyət və ya kəşflə adını duyurmağı bacarmayan insitutun adına yalnız araşdırmalardan sonra rast gəlməyimiz, yəqin ki, başadüşüləndir.
 

İnsafən qeyd edək ki, AMEA-nın rəsmi saytında Genetik Ehtiyatlar İnstitutu və onun fəaliyyəti ilə bağlı bir sıra informasiyalar dərc olunub.


Lakin institut tərəfindən aparılan tədqiqatlarda bitki genetikası, daha məhsuldar bitki sortları kimi sahələrə daha çox diqqət ayrılıb. İnsan genetikası sahəsi isə diqqətdən kənar qalıb. Doğrudur, İnstitutun nəzdində İnsan genetikası adlı laboratoriya fəaliyyət göstərir. Buna baxmayaraq laboratoriyanın fəaliyyətinin yalnız kağız üzərində olması AMEA-nın özü tərəfindən də açıq şəkildə etiraf olunub.

Belə ki İnsan genetikası laboratoriyası ilə bağlı heç bir məlumat AMEA-nın rəsmi saytında öz əksini tapmayıb. Onu da qeyd edək ki, mətbuatda da bu laboratoriya tərəfindən aparılan hər hansı araşdırma, yaxud da digər informasiyaya rast gəlmək mümkün olmayıb.

Görünür, COVİD 19 pandemiyasının yayılmasından sonra bütün dünyada peyvəndlərin hazırlanması üçün ciddi araşdıramalar gedərkən AMEA-nın prosesi sadəcə izləməklə yetinmək təcrübəsi gələcək dönəmlərdə digər tibbi zərurətlərin yaranacağı təqdirdə də tətbiq olunacaq.
 

Nəzərə alsaq ki, bu sahədə mənfi məqsədlərə yönələn araşdırmaların getdiyi ilə bağlı dünya mətbuatında tez-tez məqalələr dərc olunur, o zaman bu ehtiyacın gec-tez yaranacağını da istisna etməməliyik.


Xüsusilə də, hegemon dövlətlərin genetik silahlar hazırlaması ilə bağlı iddialar reallığa dönüşərsə, buna qarşı hansı əks tədbirin görüləcəyi ciddi suallar doğurur.

Sonda isə onu qeyd edək ki, Azərbaycan mətbuatında oxşar məqsədlərə xidmət edən laboratoriyalardan birinin ölkəmizdə, daha dəqiqi Ağdaş rayonu ərazisində olması ilə bağlı iddialar mövcuddur. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO