244 minlik qızıl oğurlayan xadimə azadlığa buraxıldı

244 minlik qızıl oğurlayan xadimə azadlığa buraxıldı

Hazırda oxunan: 244 minlik qızıl oğurlayan xadimə azadlığa buraxıldı

580120

Ali Məhkəmədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəylinin evindən 244 min 790 manatlıq oğurluq etməkdə ittiham olunan Ruhiyyə Məmmədovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, ona 3 il 8 ay 20 gün müddətində azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.

Ruhiyyə Məmmədova cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunub.
 

İttiham aktına görə, Ruhiyyə Məmmədova KOBİA katibliyinin sədr müavini Əmir Şirinbəylinin evində xadimə işləyib. O, evdən 244 min790 manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinir.


Qadın baş vermiş cinayət əməlində özünü təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Ruhiyyə Məmmədovanın cəzası 5 ilə endirilmişdi. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO