"Atamın müalicəsi davam edir, beyninin oyanmasına çalışırlar. Həkimlər sepsis diaqnozu qoyublar, konkret söz deyə bilmirlər. Vəziyyəti nə yaxşıya doğru gedir, nə də pisə, stabildir".
Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.
"Həkimlər zamanla biləcəklər ki, atamın beyni oyanacaq, ya yox. Qismən süni tənəffüs aparatına qoşulub. İnfeksiya ilə bağlı müalicəsi davam edir. Gözünü hərdən açır, sonra yumur".
Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir, bir müddət öncə xəstəxanaya yerləşdirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:38 / 11.11.2025
Əməkdar artist KOMAYA düşdü
Hazırda oxunan: Əməkdar artist KOMAYA düşdü
Hazırda oxunan: Əməkdar artist KOMAYA düşdü
580020
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































