"Euronews" Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan material hazırlayıb - VİDEO

"Euronews" Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan material hazırlayıb - VİDEO

Hazırda oxunan: "Euronews" Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan material hazırlayıb - VİDEO

580008

"Euronews" noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan material hazırlayıb.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, telekanalın saytında dərc olunan yazıda qeyd olunub ki, Azərbaycan İkinci Qarabağ müharibəsinin başa çatmasından 5 il sonra regionda qələbə və sülh şərəfinə hərbi parad keçirib.

Prezident İlham Əliyevin Zəfər gününü ölkənin mühüm nailiyyəti kimi qeyd etdiyi, qələbəni strateji iqtisadi və hərbi nailiyyətlərlə əlaqələndirdiyi, eyni zamanda, Qarabağda bərpa işlərinin davam etdiyini bildirdiyi diqqətə çatdırılıb.

"Azərbaycan Prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifə münaqişə zamanı göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib və qeyd edib ki, Pakistan hərbçiləri paradda ilk dəfə iştirak ediblər", - materialda qeyd olunub.

"Bu, üç ölkənin: Azərbaycan, Türkiyə və Pakistanın xalq - ordu birliyinin təzahürüdür", - Prezident İlham Əliyev deyib.

Türkiyə Prezidentinin hərbi paradda Qarabağdakı Qələbənin Asiya və Avropadakı geosiyasi tarazlığı dəyişdirdiyini və "bölgəmiz üçün yeni bir dövrün qapılarını açdığına" dair fikirlərinə də yer verilib.

Materialda ötən həftə Azərbaycan Prezidentinin Bakıda NATO nümayəndə heyəti ilə görüşü zamanı Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması, bu istiqamətdə Türkiyə ilə əməkdaşlığa da toxunulub.

Yazıda "Beynəlxalq Sülh və firavanlıq üçün Tramp marşrutu" və ya TRİPP adlandırılacaq Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın quru əlaqəsini təmin edəcək dəhlizin əhəmiyyətindən də bəhs edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO