Son 10 ilin ən sərt qışı gəlir – Türkiyəli alimdən XƏBƏRDARLIQ

Son 10 ilin ən sərt qışı gəlir – Türkiyəli alimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Son 10 ilin ən sərt qışı gəlir – Türkiyəli alimdən XƏBƏRDARLIQ

579995

Aramsız qar Türkiyəni cənginə alacaq. Hava kəskin soyuyacaq, temperatur ən azı 15 dərəcə aşağı düşəcək.

Bizim.Media Metbuat.az - a istinadən xəbər verir ki, bu proqnozla Ayfon Kocatepe Universitetinin müəllimi Ozan Bozyurt çıxış edib. Alim deyib ki, soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması gələn ayın 20-nə təsadüf edir. Onun sözlərinə görə, 20 dekabr - 20 yanvar tarixləri Türkiyədə havanın ən sərt keçdiyi dövr olacaq.

Ozan Bozyurt Türkiyənin 35 vilayətində hava şəraitinin daha kəskin keçəcəyini vurğulayıb. Qeyd edib ki, 30-40 sm qalınlığında qar yağacaq, yollar buz bağlayacaq.

Mütəxəssisin sözlərinə görə, dəhşətli soyuqlar özünü ən çox İstanbul, Ədirnə, Yozqat, Sivas və Ankarada göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO