Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq

Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq

Hazırda oxunan: Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq

579984

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ təmir işlərinin satın alınması üzrə 2,4 milyon manatlıq müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, satınalma “Bir mənbə” metodu ilə həyata keçirilib.

Satınalamda Xocavənd rayonunun Qarqar kəndində fərdi yaşayış evlərinin (40 ev – 6 min 732 kvadratmetr) təmiri nəzərdə tutulur.

Layihənin icrası üçün müqavilə “RTS-Tikinti-Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1805604231) ilə bağlanıb. Müqavilənin ümumi məbləği 2 milyon 356 min 200 manat 81 qəpik təşkil edir.

10 manat nizamnamə kapitalına malik olan “RTS-Tikinti-Təmir” 15 noyabr 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Tənifəyev Adəm Ələsgər oğludur. Hüquqi ünvanı Az1021, Bakı Şəhəri Səbail Rayonu, Badamdar Ştq, Rafiq İsgəndərov (Badamdar Qəs.), ev.4A, m.60A ünvanıdır. (Fed.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO