Ucarda hərəkətdə olan yük maşını anidən aşıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Yevlax rayon sakini, 64 yaşlı Şahin Hüseynov idarə etdiyi pambıqla yüklənmiş "KamAZ" markalı yük maşını ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı Bakl-Qazax yolunun bir hissəsi qismən bağlanıb və avtomobillərin sərbəst hərəkətində çətinlik yaranıb. Sürücünün sözlərinə görə, hadisəyə maşındaki nasazlıq səbəb olub.



Bizim Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:47 / 11.11.2025
Pambıqla dolu yük avtomobili AŞIB - FOTO
Hazırda oxunan: Pambıqla dolu yük avtomobili AŞIB - FOTO
Hazırda oxunan: Pambıqla dolu yük avtomobili AŞIB - FOTO
579976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































