2025-ci il sona yaxınlaşdıqca "BabyCenter" komandası ilin ən populyar körpə adlarına nəzər salıb.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, mərkəzin veb-saytında valideynlər arasında ən sevilən adları araşdıran illik hesabat dərc edilib.
Ardıcıl beşinci ildir ki, Olivia qızlar üçün bir nömrəli seçimdir. Amelia, Sofia, Emma, İzabella və Şarlotta adları da populyardır.
Oğlanlar arasında isə Noah (Nuh) ardıcıl üçüncü ildir ki, birinci yerdədir. Liam, Oliver kimi adlar da valideynlər tərəfindən çox istifadə olunur.
Qeyd edək ki, "BabyCenter"in siyahısı 4 noyabr 2024-cü il ilə 5 noyabr 2025-ci il tarixləri arasında doğulmuş 350.000-dən çox körpə haqqında məlumatları əhatə edir.
Beləliklə də, ilin ən populyar körpə adları aşağıdakı kimidir:
Qız adları:
Olivia;
Amelia;
Sofiya;
Emma;
İzabella;
Şarlotta;
Eliana;
Elli;
Avrora;
Mia.
Oğlan adları:
Noah (Nuh);
Liam;
Oliver;
Elayca;
Mateo;
Levi;
Lukas;
Ezra;
Aşer;
Luka.
Bizim.Media



































































































