Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Gəncə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü A.Musayeva başından bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Dərhal qadının yarası tikilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, 32 yaşlı qadına həyat yoldaşı başından bıçaqla xəsarət yetirib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

































































































