İcra başçıları toya nə qədər pul yazdırır?

İcra başçıları toya nə qədər pul yazdırır?

Hazırda oxunan: İcra başçıları toya nə qədər pul yazdırır?

579889

Bakıda şadlıq saraylarında menyuların qiyməti fərqli olduğu kimi qonaqların bəylə gəlinə hədiyyəsi də bir-birindən kəskin fərqlənir.

Orta statistik azərbaycanlı toya tək gedəndə, adətən, siyahıya 100-200 manat, məclisdə ailə üzvləri ilə birlikdə iştirak edəndə isə 300-500 manat pul yazdırır. Birinci dərəcəli qohumların "nəməri" isə bəzən daha yuxarı olur.

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, vəzifəli şəxslər bu məsələdə sıravi şəxslərdən ciddi şəkildə fərqlənir.

Məlum olub ki, icra başçıları nazirlərin, komitə sədrlərinin övladlarının toyuna 5000 manat pul yazdırırlar.

Pandemiyadan əvvəl bu məbləğ 3000 AZN olub. Bu Azərbaycanda yazılmamış qaydalarla standart rəqəm kimi qəbul olunub. Bu ənənə uzun illərdi dəyişmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO