Oğul küçədə atasını döyüb burnunu sındırdı – Xırdalanda AİLƏ DRAMI

Oğul küçədə atasını döyüb burnunu sındırdı – Xırdalanda AİLƏ DRAMI

Hazırda oxunan: Oğul küçədə atasını döyüb burnunu sındırdı – Xırdalanda AİLƏ DRAMI

579861

Abşeron rayonunda oğul atasını küçədə döyüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində baş verib. 
 

Xırdalan ərazisindəki fərdi yaşayış evlərindən birində yaşayan 1997-ci il təvəllüdlü Famil Xasıyev (ad və soyad şərtidir) həyat yoldaşı ilə dalaşıb və buna görə bir neçə gün evinə gəlməyib, tanışının evində qalıb. 


Bunu eşidən Familin atası məsələni araşdırmaq üçün onun yaşadığı evə gəlib. O, yolda Famillə rastlaşıb və həyat yoldaşı ilə barışmasını, evə qayıtmasını tələb edib. Famil evə qayıtmayacağını israrla bildirib və bu zaman ata-oğul arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Famil atasını yumruq və təpik zərbələri ilə döyüb. Hadisə nəticəsində ata müxtəlif dərəcəli bədən xəsarətləri alıb, burnu sınıb.

Hadisə yerinə polis əməkdaşları gəlib və Famil Xasıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə ata ilə oğul barışdığı üçün cinayət işinə xitam verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO