Alzheimerin dəqiq səbəbi hələ bilinməsə də, Türkiyəli Professor Dr. Yaşar Kütükçünün araşdırmalarına görə, erkən yaşlarda genetik, irəliləmiş yaşlarda isə ətraf mühit və həyat tərzi kimi faktorlar alzheimerin yaranmasına təsir edir.
Bizim.Media "Medimagazin"-ə istinadən xəbər verir ki, professor alzheimer riskini artıran 8 əsas faktoru açıqlayıb.
1. Artan yaş
Alzheimer üçün ən böyük risk faktoru yaşdır. Xüsusilə 65 yaşdan yuxarı şəxslərdə risk əhəmiyyətli dərəcədə artır.
2. Genetik meyllilik
Ailədə Alzheimer olan birinin olması gələcək nəsillər üçün xəstəlik riskini yüksəldir.
3. Zehni aktivlik əskikliyi
Zehni az işlətmək Alzheimer-ə meylliliyi artırır. Oxumaq, öyrənmək, tapmaca həll etmək kimi fəaliyyətlər beyin sağlamlığını dəstəkləyir.
4. Fiziki travmalar
Ciddi baş zədələri və ya təkrarlanan travmalar bu xəstəliyin yaranma riskini yüksəldə bilər.
5. Ürək-damar problemləri
Hipertoniya, diabet, piylənmə və yüksək xolesterol kimi risk faktorları beyin damarlarını təsir edərək təhlükə yaradır.
6. Yuxu pozğunluqları
Xroniki yuxu apnesi və ya yetərsiz yuxu beyin sağlamlığını mənfi təsir edir və alzheimer üçün zəmin yaradır.
7. Siqaret və həddindən artıq alkoqol istifadəsi
Tütün məhsulları və yüksək alkoqol istehlakı beyin hüceyrələrinə zərər verərək demans riskini artırır.
8. Hərəkətsiz həyat tərzi
Fiziki aktivlik əskikliyi həm ürək-damar, həm də beyin sağlamlığını mənfi təsir edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:15 / 10.11.2025
Alzheimer riskini artıran 8 ƏSAS FAKTOR
Hazırda oxunan: Alzheimer riskini artıran 8 ƏSAS FAKTOR
Hazırda oxunan: Alzheimer riskini artıran 8 ƏSAS FAKTOR
579849
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































