Müəllimlərin maaş sistemi DƏYİŞİR - Repetitorluğun sonu GƏLİR?

Müəllimlərin maaş sistemi DƏYİŞİR - Repetitorluğun sonu GƏLİR?

Hazırda oxunan: Müəllimlərin maaş sistemi DƏYİŞİR - Repetitorluğun sonu GƏLİR?

579817

İctimaiyyətdə, xüsusilə də müəllimlər arasında belə bir fikir formalaşıb ki, Elm və Təhsil Nazirliyinin son vaxtlar apardığı müzakirələr — xüsusən müəllimlərin maaşının iş saatına əsasən hesablanması məsələsi — repetitorluq fəaliyyətinin qarşısını almağa yönəlib. Çünki müəllimlərin dərsi bitdikdən sonra məktəbdə qalması onların əlavə repetitorluqla məşğul olmasına mane ola bilər.

Nəticədə, repetitor yanına gedə bilməyən şagirdlər hazırlıq kurslarına üz tutacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Günümüzün ən gəlirli BİZNESİ – Oxuyanlar və psixi porblem yaşayanlar bir mərkəzdə birləşdirilir


Bu isə, öz növbəsində, repetitorluğun məhdudlaşdırılmasının böyük hazırlıq kurslarının inkişafına və bu sahədə müəyyən bir monopoliyanın yaranmasına gətirib çıxarıb-çıxarmayacağı sualını gündəmə gətirir.

Bizim.Media mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib.

Ekspert deyir ki, nazirliyin sözügedən yeni qərarı təhsil müəssisələrinin tabeliyində şagirdlərə əlavə hazırlıqların keçilməsinə səbəb ola bilər.

“Bu qərarın hazırlıq kurslarına əlavə üstünlük verəcəyini düşünmürəm. Çünki iş saatına görə müəllimlərə əməkhaqqı veriləcəksə, şagirdlər dərs saatından sonra məşğələlərə saxlanıla bilər. Bu da kurslara, orada çalışan repetitorlara da sərf etməyəcək. Çünki kurslarda da əməkhaqqı aşağı olacaq”.

Elçin Əfəndi vurğulayıb ki, iş saatına görə əməkhaqqı məsələsi 2027-ci il və ondan sonrakı illərdə tətbiq ediləcək. 

“Bu qərar şagirdi “balıq” kimi görənlərə sərf etməyəcək”

“Əlbəttə əməkhaqqının iş saatına görə hesablanması şagirdi "balıq" kimi görüb, öz yanına hazırlığa çəkən müəllimlərə sərf etməyəcək. Bu qayda repetitor hazırlığına təsir göstərəcək, şagirdi hazırlığa yanına çəkmək isyəyənlər də təhsil prosesindən uzaqlaşacaq”, - deyə müsahibimiz fikirlərində qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO