Şəkidə ağır qəza: Yaralananlar var

Şəkidə ağır qəza: Yaralananlar var

Hazırda oxunan: Şəkidə ağır qəza: Yaralananlar var

579740

Şəki–Qax avtomobil yolunun İncə kəndi ərazisindən keçən hissəsində  qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, belə ki,  hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
 

Həmin şəxslərin çıxarılması üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.


Hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası göndərilib.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Araşdırma başlanılıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO