Bu kənddə valideynlər uşaqlarını dərsə göndərmək istəmir – SƏBƏB - FOTO

Bu kənddə valideynlər uşaqlarını dərsə göndərmək istəmir – SƏBƏB - FOTO

Hazırda oxunan: Bu kənddə valideynlər uşaqlarını dərsə göndərmək istəmir – SƏBƏB - FOTO

57974

Məktəbin onlayn təhsilə keçməsi rayonun səlahiyyəti daxilində deyil, bu, Nazirlər Kabinetinin verəcəyi qərardan asılıdır. 

Bunu Bizim.Media-ya özəl açıqlamasında Xaçmaz rayon təhsil şöbəsinin müdiri İnqilab Musayev Palıdlı kənd məktəbində olarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazın Palıdlı məktəbində nə baş verir? – İcra başçısı TƏCİLİ göstəriş verdi


Onun məlumatına görə,virusa qarşı qabaqlayıcı bütün tədbirlər görülür, ötən şənbə günü Palıdlı məktəbində rayon gigiyena və epidemiologiya mərkəzi tərəfindən geniş dezinfeksiya  işləri aparılıb, analoji proses bu həftənin şənbə günü də aparılacaq.

İnqilab Musayev məktəbin 3 şagirdində koronavirus aşkarlanmasına da münasibət bildirib:

"Həmin şagirdlər ailələri ilə birgə karantinə alınıblar".

Xaçmaz təhsil şöbəsinin müdiri Heydər Əliyev Fondunun dəstəyilə inşa edilmiş Palıdlı kənd məktəbindəki şəraitdən çox razı qaldığını bildirərək əlavə edib ki, dövlətin də, ölkə rəhbərliyinin də  istəyi odur ki, gələcəyimiz olan uşaqlar sağlam böyüsün: “Bu istiqamətdə işlər davam etdiriləcək”.

Qeyd edək ki, məktəbdə ötən gün  3 şagirddə də koronavirus aşkarlanmasından sonra Palıdlı kəndindən olan valideynlər uşaqlarını dərsə göndərməyiblər.

Onlar təhsilin onlayn sistemə keçməsini istəyirlər. Bildirirlər ki, uşaqlarını bu həftə məktəbə yollamayacaqlar.

Qeyd edək ki, hazırda Palıdı kənd məktəbinin 4 şagirdində virus aşkar edilib. İndiyəcən məktəbin iki müəllimində və 3 şagirdində də bu xəstəlik qeydə alınmışdı.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO