“8 Noyabr Zəfər Gününüz mübarək! Kosmosdan baxanda sərhədlər görünmür, amma bir millətin əzmi, inamı və mübarizəsi bütün Yer üzündən hiss olunur”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcı 8 Noyabr - Zəfər Günü münasibətilə etdiyi paylaşımında qeyd edib.
“Azərbaycan xalqının qəhrəmanlığı ilə qazanılan bu böyük zəfər sadəcə bir torpaq uğuru deyil, həm də müstəqilliyin, birliyin və qardaşlığın göylərə yazılmış rəmzidir.
Can Azərbaycanın Zəfər Gününü ürəkdən təbrik edirəm”, - astronavt yazıb.
Gezeravcı kosmosdan şəkillər də paylaşıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:56 / 08.11.2025
Alper Gezeravcı Zəfər Günü ilə bağlı kosmosdan FOTOLAR paylaşdı
Hazırda oxunan: Alper Gezeravcı Zəfər Günü ilə bağlı kosmosdan FOTOLAR paylaşdı
Hazırda oxunan: Alper Gezeravcı Zəfər Günü ilə bağlı kosmosdan FOTOLAR paylaşdı
579620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































