Cənnət xurmasını xarab olmadan saxlamağın 6 üsulu

Cənnət xurmasını xarab olmadan saxlamağın 6 üsulu

Hazırda oxunan: Cənnət xurmasını xarab olmadan saxlamağın 6 üsulu

579571

Soyuq aylarda ən çox sevilən meyvələrdən biri olan cənnət xurması düzgün saxlanmadıqda tez xarab olur.

Bizim.Media bu meyvənin həm dadını, həm də qida dəyərini qorumaq üçün bir neçə sadə üsulu təqdim edir:

1. Buzdolabında saxlayın

Olgunlaşmış (yumşalmış) cənnət xurmaları yuyulmadan və quru halda buzdolabının tərəvəz bölməsində saxlamaq lazımdır. Yumaq meyvənin səthində nəmlik yaradır və küflənməyə səbəb olur. Bu üsulla xurma təxminən 1 həftə təravətli qalır.

2. Donduraraq qoruyun

Uzun müddət saxlamaq istəyirsinizsə, xurmanı soyub püre halına gətirərək və ya doğrayaraq dondura bilərsiniz. Hər porsiyanı ayrıca qablaşdırmaq həm israfın, həm də ləzzət itkisinə mane olur. Dondurulmuş xurmalar 6 aya qədər təravətini saxlayır.

3. Olmamış xurmaları otaq temperaturunda gözlədin

Sərt və tam yetişməmiş xurmalar ağızda büzücü dad buraxır. Onları buzdolabına qoymadan əvvəl bir neçə gün otaq temperaturunda saxlamaq lazımdır. Yanına elma və ya banan qoymaq yetişməni sürətləndirir.

4. Hava alan qabdan istifadə edin

Xurmaları qapalı plastik torbalarda saxlamaq olmaz. Bunun əvəzinə delikli qab və ya tor seçmək daha məqsədəuyğundur. Bu, havalanmanı təmin edir və çürümə riskini azaldır.

5. Çox yumşalmış xurmaları püre halında istifadə edin

Həddindən artıq yumşalan xurmaları israf etmədən blenderdən keçirib püre halında saxlamaq olar. Bu püre soyuducuda bir neçə gün, dondurucuda isə aylarla qalır və smoothie, desert, yoğurt kimi yeməklərdə istifadə edilə bilər.

6. Günəş işığından uzaq saxlayın

Birbaşa günəş işığı meyvənin tez xarab olmasına səbəb olur. Xurmaları sərin, quru və kölgəli yerdə saxlamaq daha doğrudur.

Beləliklə, bu sadə qaydalara əməl etməklə cənnət xurmasının həm dadını, həm də faydasını uzun müddət qorumaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO