Biləsuvarda ağır QƏZA: Xəsarət alanlar var

Biləsuvarda ağır QƏZA: Xəsarət alanlar var

Hazırda oxunan: Biləsuvarda ağır QƏZA: Xəsarət alanlar var

579516

Biləsuvar rayonunun Bəydili kəndində yolayrıcında iki avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi “Mercedes” ilə Bəydili sakini, 1996-cı il təvəllüdlü Mirəli Rəsulun sürdüyü “QAZ 24” markalı minik avtomobili toqquşub.
 

Hər iki sürücü bədənlərinin müxtəlif nahiyələrindən aldıqları xəsarətlər səbəbilə rayon xəstəxanasına aparılıb.


Travmalar yüngül olduğundan onlar ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Cənub bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO