Süni intellekt – şagirdlərin dostu, yoxsa tənbəllik vasitəsi?

Süni intellekt – şagirdlərin dostu, yoxsa tənbəllik vasitəsi?

Hazırda oxunan: Süni intellekt – şagirdlərin dostu, yoxsa tənbəllik vasitəsi?

579512

Rəqəmsal dövrdə uşaqların ev tapşırıqlarında süni intellektdən istifadə etməsi sürətlə artır.

Lakin mütəxəssislər xəbərdarlıq edir: düzgün istiqamətləndirilmədikdə bu, uşaqlarda öyrənmə və tənqidi düşünmə bacarıqlarını zəiflədə bilər.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, uşaq inkişafı üzrə mütəxəssis Emine Ergün deyib ki, süni intellekt müəyyən həddə “dərs köməkçisi” ola bilər, amma bütün işi ona həvalə etmək uşaqları tənbəlliyə sürükləyir.
 

“Uşaqlar bəzən süni intellektdən aldıqları cavabları oxumadan təqdim edirlər. Bu, onların araşdırma və düşünmə qabiliyyətinin inkişafına mane olur,” – deyə Ergün bildirib.


Mütəxəssisə görə, süni intellektin tam qadağan olunması düzgün deyil. Əksinə, uşaqlara bu texnologiyadan necə düzgün şəkildə yararlanmağı öyrətmək lazımdır.

“Yaradıcılıq tələb edən layihələrdə uşaqlar öz ideyalarına üstünlük verməli, texnologiyanı isə sadəcə yardımçı vasitə kimi görməlidirlər".
 

Ergün valideynlərə də çağırış edib: uşaqlar kompüter arxasında olarkən onların həqiqətən dərslə məşğul olub-olmadıqlarına nəzarət etmək vacibdir.


Mütəxəssislər hesab edir ki, süni intellekt təhsildə qadağan edilməməlidir, lakin balanslı və şüurlu şəkildə istifadə olunmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO