Xəbər verdiyimiz kimi aprel döyüşlərində şəhid olan gizir Pəncəli Teymurova Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bizim.Media-nın Cənub Bürosuna açıqlamasında Pəncəli Teymurovun qardaşı Famil Teymurov ailəsi adından ölkə prezidentinə təşəkkür edib.
O bildirib ki, bu təltif yalnız bir ailəyə deyil, bütün Azərbaycan xalqına aiddir.
Qeyd edək ki, Pəncəli Teymurov 1981-ci il 24 martda Astaranın Əzərüd kəndində doğulub. Orta təhsilini Asxanakəran tam orta məktəbində alıb. 1999-cu ildə həqiqi hərbi xidmətə çağırılıb, daha sonra isə könüllü şəkildə yenicə yaradılan Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib və ümumilikdə 17 il Azərbaycan Ordusunda xidmət edib.
2016-cı ilin Aprel döyüşlərində Tərtər istiqamətində gedən ağır döyüşlərdə Murad Mirzəyev, Samid İmanov və Muhud Orucovla birlikdə Talış yüksəkliklərinin azad olunmasında iştirak edib və 3 aprel 2016-cı ildə şəhid olub.
Xidməti müddətində bir sıra medallarla təltif olunub. 2015-ci ildə Kəlbəcər istiqamətində keçirilən xüsusi əməliyyat zamanı düşmənin bir neçə hərbi texnikası və şəxsi heyəti məhv edildiyinə görə xüsusi mükafat alıb.
Pəncəli Teymurov 11 aprel 2016-cı ildə doğulduğu Əzərüd kəndində dəfn edilib.
Sabutay, Bizim.Media, Cənub bürosu.

- A-
- A
- A+
Cəmiyyət
18:43 / 07.11.2025
Pəncəli Teymurovun qardaşı: “Bu təltif yalnız bir ailəyə deyil, bütün Azərbaycan xalqına aiddir”
Hazırda oxunan: Pəncəli Teymurovun qardaşı: “Bu təltif yalnız bir ailəyə deyil, bütün Azərbaycan xalqına aiddir”
Hazırda oxunan: Pəncəli Teymurovun qardaşı: “Bu təltif yalnız bir ailəyə deyil, bütün Azərbaycan xalqına aiddir”
579448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































