"Bakı Metropoliteni" QSC noyabrın 8-də keçiriləcək Zəfər Gününə həsr olunmuş hərbi parad və konsert proqramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.
Bizim.Media xəbər verir ki, bu barədə səhmdar cəmiyyətdən bildirilib.
Məlumata görə, paytaxtın mərkəzində yerləşən "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında nəzarət və növbətçilik mexanizmləri artırılacaq, sərnişin axınının tənzimlənməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.
Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə ehtiyac yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:23 / 07.11.2025
Bakı metrosu bayram günlərində gücləndirilmiş iş rejimində ÇALIŞACAQ
Hazırda oxunan: Bakı metrosu bayram günlərində gücləndirilmiş iş rejimində ÇALIŞACAQ
Hazırda oxunan: Bakı metrosu bayram günlərində gücləndirilmiş iş rejimində ÇALIŞACAQ
579446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































