Zəfərdən bir gün əvvəl şəhadətə ucaldı – Möhlət Abbasovun HƏYAT HEKAYƏSİ – FOTO

Zəfərdən bir gün əvvəl şəhadətə ucaldı – Möhlət Abbasovun HƏYAT HEKAYƏSİ – FOTO

Hazırda oxunan: Zəfərdən bir gün əvvəl şəhadətə ucaldı – Möhlət Abbasovun HƏYAT HEKAYƏSİ – FOTO

579443

Bu gün Vətən Müharibəsi şəhidi Abbasov Möhlət Eldəniz oğlunun şəhadətə ucalmasında 5 il ötür.

Bizim.Media xəbər verir ki, Abbasov Möhlət Eldəniz oğlu 19 mart 2001-ci ildə Daşkəsən rayonunda anadan olub. 

O, ailənin ilk övladı olub. 

Təhsilinə 2007-ci ildə Gəncə Şəhər 21 nömrəli tam orta məktəbdə başlayan Möhlət 2018-ci ildə məzun olub. 2019-cu il həqiqi hərbi xidmətə yollanıb. 
 

O, 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinin ilk günündən savaşıb. Müharibəyə qoşulanda isə onun hərbi xidmətinin bitməsinə 3 gün qalmışdı. Lakin o, Vətən uğrunda döyüşməyi seçir. Möhlət elə müharibənin bitməsinə də 1 gün qalmış şəhidlik zirvəsinə yüksəlir.


Möhlət Abbasov 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı istiqamətində qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Möhlət Abbasov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə",  "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidimiz Daşkəsən rayonunda dəfn olunub.


Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO