Azərbaycanın ilk hərbi TƏYYARƏÇİSİ – Bu gün Milli Qəhrəman adı verilən Vaqif Qurbanovun DÖYÜŞ YOLU

Azərbaycanın ilk hərbi TƏYYARƏÇİSİ – Bu gün Milli Qəhrəman adı verilən Vaqif Qurbanovun DÖYÜŞ YOLU

Hazırda oxunan: Azərbaycanın ilk hərbi TƏYYARƏÇİSİ – Bu gün Milli Qəhrəman adı verilən Vaqif Qurbanovun DÖYÜŞ YOLU

579427

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bizim.Media Vaqif Qurbanovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Vaqif Qurbanova Milli Qəhrəman adı verildi – SƏRƏNCAM


Vaqif Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar şəhərindəndir. 

1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və "Su-25" təyyarələri ilə komplektləşdirilmiş, Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmətə başlayıb. Daha sonra isə Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət edib. Gəncə, Yevlax, Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib.

“Su-25” hərbi təyyarəsinin qaçırılması

8 aprel 1992-ci ildə təyyarəçi baş leytenant Qurbanov burada xidmət edən azərbaycanlı hərbçilərin – həmyerliləri, təyyarənin texniki leytenant Fuad Məmmədovun, baş aviamexanik çavuş Akif Quliyevin və baş texnik Gülbudaq Binyətovun köməyi ilə Su-25 markalı hərbi təyyarəni Azərbaycan tərəfinə keçirib. Bununla da, Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul edib.

Qaçışdan dərhal sonra Su-25 təyyarəsi axtarılır. Axtarış heyətinə hərbi təyyarənin qeyd-şərtsiz və xəbərdarlıqsız məhv edilməsi tapşırılmışdı. Buna görə də müvəqqəti olaraq hərbi təyyarə yaşayış məntəqələrindən kənarda yerləşən Şəki aeroportunda saman tayasının altında gizlədilir. Hərbi təyyarənin qaçırılmasında iştirak edən Gülbudaq Binyətov və digər aviasiya mütəxəssisləri şübhələri üzərlərinə çəkməmək məqsədilə yalnız iki gün sonra Sitalçay hərbi aerodromunu tərk edib Yevlaxa gedirlər.

Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də, təyyarə hava limanında qalır. Rusiya Müdafiə Nazirliyi Su-25 təyyarəsini məhv etmək üçün hətta Gürcüstanda yerləşən Vaziani hərbi bazasında iki ədəd MiQ-23 təyyarəsindən ibarət xüsusi dəstə yaradır. Ancaq istəyinə nail ola bilmir.

Vaqif Qurbanovun sonuncu döyüşü

Vaqif Qurbanov ilk döyüş tapşırığına Şəkidən qalxıb: 8 may 1992-ci il tarixindən Şuşa üzərində hərbi uçuşlara başlayıb. Döyüş əməliyyatları çərçivəsində Qarabağın müxtəlif ərazilərində düşmən mövqelərinə sarsıdıcı zərbələr endirib.  

13 iyun 1992-ci ildə onun təyyarəsi erməni silahlıları tərəfindən vurulub. Azərbaycan tərəfi Vaqifi düşmən əlindən almaq üçün hücuma keçsə də, buna nail ola bilməyib. Vaqif Qurbanov Nizami rayon məhkəməsinin qərarı ilə ölmüş elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO