Vətən uğrunda gözlərini itirən QƏHRƏMANLAR – “Gözümün nuru” təqdim olundu - FOTO

Vətən uğrunda gözlərini itirən QƏHRƏMANLAR – “Gözümün nuru” təqdim olundu - FOTO

Hazırda oxunan: Vətən uğrunda gözlərini itirən QƏHRƏMANLAR – “Gözümün nuru” təqdim olundu - FOTO

579425

Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Biləsuvar rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsi zamanı hər iki gözünü itirmiş qazilərimiz - Kamran Baxşızadə, Amil Əliyev, İsmayil Huseynov, Saməddin Əhmədov haqqında çəkilmiş “Gözümün nuru – Vətən” filminin təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, filmin ideya müəllifi Simuzər Ağakisiyeva, aktrisa Günəş Tegin, idarə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Faiq Qurbətov Zəfər bayramının 5-ci ildönümü münasibətilə təbrik edib.

Icra bașçısı qələbənin əldə olunmasında ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yașadan oğullarımızın döyüş yolundan danışıb.

Qeyd edib ki, qəhrəmanlarımızın həyat yolu həmişə gənclərə örnək olmalı və onlarda vətənpərvərlik hissi aşılamalıdı. 
 

Tədbirdə filmin ideya rəhbəri Simuzər Ağakişiyeva çıxış edərək film haqqında fikirlərini bölüşüb. Filmin ərsəyə gəlməsində Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevə, eləcə də Reyhan Cəfərzadəyə təşəkkürünü bildirib. Səmyar Abdullayevin gözlərinin nurunu itirən qazilərimizin hər zaman yanında olduğunu bildirib. 


Həmçinin Biləsuvar Rayon İcra bașcısı Faiq Qurbətova da diqqət və qayğısı, filmin yuksək səviyyədə təqdimatı üçün sonsuz təșəkkürünü bildirib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO