Dünyanın ən populyar geyimləri açıqlandı

Dünyanın ən populyar geyimləri açıqlandı

Hazırda oxunan: Dünyanın ən populyar geyimləri açıqlandı

579402

Moda mütəxəssisləri dünyada ən populyar geyim, ayaqqabı və aksesuarları açıqlayıb.

Bizim.Media xəbər verir ki, moda sənayesində istehlakçı davranışlarını təhlil edən "Lyst" platformasının mütəxəssisləri dünyanın ən populyar geyim, ayaqqabı və aksesuarlarını müəyyən ediblər.
 

Siyahının birinci yerində "Havaianas" brendinə məxsus flip-flopları qərarlaşıb. İkinci yeri "Cos" brendinin kaşmir sviteri, üçüncü yeri isə "Skims" markasının atlas büstqalteri tutub.


Dördüncü pillədə "Nike və Jacquemus" əməkdaşlığı ilə buraxılmış qırmızı idman ayaqqabıları, beşinci yerdə isə "Polo Ralph Lauren" markasının zolaqlı midi donu yer alıb.

Bundan əlavə, mütəxəssislər reytinqdə "Saint Laurent" və "The Row" markalarının loferlərini, "Savette" brendinə aid zamşa tote çantanı, "Nike" idman krossovkalarını və "Coach" brendinin kult modeli sayılan "Empire 48" adlı dəri çantanı da qeyd ediblər. (Unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO