Laçında restoranda İNSİDENT - Həbs edilənlər var

Laçında restoranda İNSİDENT - Həbs edilənlər var

Hazırda oxunan: Laçında restoranda İNSİDENT - Həbs edilənlər var

579390

Laçın şəhərində yerləşən restoranlardan birində xuliqanlıq əməli törədən şəxslər inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Aynalı” restoranında qeydə alınıb.
 

Belə ki, bir neçə gün əvvəl gecə saat 03 radələrində 2 nəfər şəxs restoranda sərxoş halda münaqişə yaradıb. Onlar restoranda olan tanışlarını söyərək təhqir ediblər, həmçinin digər xuliqanlıq əməllərinə yol veriblər.


Əraziyə gələn polis əməkdaşları tərəfindən saxlanılan 1993 və 2002-ci il təvəllüdlü şəxslər barəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Laçın Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 5 sutkalıq inzibati həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO