Rusiya ordusuna qoşulan lənkəranlı Ukraynaya əsir düşdü

Rusiya ordusuna qoşulan lənkəranlı Ukraynaya əsir düşdü

Hazırda oxunan: Rusiya ordusuna qoşulan lənkəranlı Ukraynaya əsir düşdü

579350

Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfinə əsir düşən azərbaycanlının görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, sosial şəbəkədə yayılan videoda Lənkəran sakini olduğunu bildirən Şahmar adlı şəxs müharibəyə Rusiya ordusu tərəfindən qatıldığını deyib.
 

Əslən Boladi kəndindən olduğunu bildirən şəxs Rusiyada cinayət törətdiyini və həbsdə olarkən orduya qoşulduğunu, orada təlimlərə cəlb edildiyini, daha sonra isə müharibə bölgəsinə aparıldığını bildirib.


Şahmar adlı şəxs öz istəyi ilə Ukrayna tərəfinə əsir düşdüyünü deyib.

O, pul qazanmaq üçün müharibəyə qatıldığını, lakin digər şəxslərə bunu nümunə götürməməyi məsləhət görüb.

Qeyd edək ki, müharibədə əsir düşən həmyerlimizin daha əvvəl Azərbaycanda da cinayət törətdiyi iddia edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO