“Əjdaha meyvəsi” haqqında BİLMƏDİKLƏRİMİZ: Faydaları, kimlərə olmaz

“Əjdaha meyvəsi” haqqında BİLMƏDİKLƏRİMİZ: Faydaları, kimlərə olmaz

Hazırda oxunan: “Əjdaha meyvəsi” haqqında BİLMƏDİKLƏRİMİZ: Faydaları, kimlərə olmaz

579317

Dünyada olduqca populyarlıq qazanan pitaxaya və ya “əjdaha meyvəsi” (dragon fruit) meyvəsi tək görünüşü ilə deyil, tətkibindəki vitaminlərlə faydaları ilə də seçilir. Bu meyvənin orqanizmə təsirləri olduqca çoxdur.

Bizim.Media “əjdaha meyvəsi” və faydaları haqqında məlumatı təqdim edir:

Pitaxaya nədir?

Pitaxaya və ya “əjdaha meyvəsi”(dragon fruit) adı ilə də tanınan, kaktus bitkiləri ailəsinə aid ekzotik bir meyvədir.



Parlaq çəhrayı və ya sarı qabığı, ağ və ya qırmızı rəngdə şirəli iç hissəsi və xırda qara toxumları ilə seçilir.

Tropik və subtropik bölgələrdə yetişir və son illərdə həm Rusiyada, həm də dünyada sağlam qidalanma həvəskarları arasında populyarlıq qazanıb.

Meyvənin faydaları

Pitaxaya antioksidantlarla və vitaminlərlə çox zəngindir:



Vitamin C, flavonoidlər hüceyrələri oksidləşmə stresindən qoruyur, immun sistemini gücləndirir.

Pəhriz lifləri həzmi yaxşılaşdırır, bağırsaq fəaliyyətini tənzimləyir və sağlam mikrofloranı dəstəkləyir.
 

Dəmir və vitamin C birgə təsir edərək hemoqlobinin səviyyəsini artırır və anemiyanın qarşısını alır. Antioksidantlar orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruyur və qocalma prosesini ləngidir.


Kalı arterial təzyiqin sabit qalmasına kömək edir.

Şəkər və xolesterin səviyyəsinin tənzimlənməsi baxımından faydalıdır — bu, ürək-damar və maddələr mübadiləsi pozğunluğu (metabolik sindrom) zamanı əhəmiyyətlidir.

Yüngül sidikqovucu təsiri orqanizmdən toksinləri və artıq mayeni xaric etməyə kömək edir.

Elmi araşdırmalar pitaxayanın iltihabəleyhinə, mikrobəleyhinə və hətta xərçəngə qarşı təsir göstərdiyini də təsdiqləyir.

“Əjdaha mevəsini” necə yemək olar?

Ən sadə üsul — meyvəni ortadan iki yerə bölmək və içini qaşıqla yeməkdir.
 

Alternativ olaraq, qabığını soyub meyvəni kub şəklində doğramaq olar. Onu həmçinin yoqurt, meyvə və tərəvəz salatlarında, kokteyllər və smuzilərdə istifadə etmək olar.


Bu meyvə dondurulmuş halda da faydalı xüsusiyyətlərini saxlayır. Bəzən onu sobada bişirmək və ya qril etmək də mümkündür — bu zaman yeni, maraqlı dad çalarları yaranır.

Kimlərə olmaz ?

Bütün faydalarına baxmayaraq, bəzi insanlar pitaxayanı ehtiyatla qəbul etməlidirlər:

İshal və ya bağırsaq iltihabları olan şəxslərdə lifin çoxluğu xoşagəlməz simptomlar yarada bilər.
 

Tropik meyvələrə allergiyası olanlar (məsələn, kivi, papaya və ananasa qarşı) həkimlə məsləhətləşməlidirlər. Diabet xəstələri tərkibində təbii fruktoza olduğuna görə porsiyaları nəzarətdə saxlamalıdırlar.


Böyrək xəstəlikləri olan şəxslər üçün meyvənin çox yeyilməsi mineral balansının pozulmasına səbəb ola bilər.

Nəticə olaraq, “əjdaha meyvəsi” həm ləzzətli, həm də orqanizm üçün çox faydalı bir qidadır, lakin onu düzgün miqdarda və balanslı şəkildə qəbul etmək vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO