“İki ayın gəlini idi, yatdığı yerdə 5 patron boşaldıb” - VİDEO

“İki ayın gəlini idi, yatdığı yerdə 5 patron boşaldıb” - VİDEO

Hazırda oxunan: “İki ayın gəlini idi, yatdığı yerdə 5 patron boşaldıb” - VİDEO

579303

Xəbər verdiyimiz kimi, Şamaxıda Gültəkin Tağıyeva adlı qadın odlu silahla qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, qətldə qadının həyat yoldaşı Pərviz Tağıyev şübhəli bilinir.

G.Tağıyevanın babası bildirib ki, nəvəsi iki ay əvvəl ailə qurubmuş:

“Qız zəng edib ki, döyüb-öldürür məni. Gedib uşağı götürüb gəlmişik. Əşyalarını dünən götürüb gəlib. Bu gün səhər anası qapını bağlıyıb gedib. Uşaq yatdığı yerdə gəlib daraqda 8 patron olub, 5 dənəsini boşaldıb. Belə Allahsızlıq, müsibət olmaz. İki ayın gəlini idi”.

O da bildirilib ki, cütlük dayıqızı- bibioğlu imiş.

DİN-dən bildirilib ki, rayon sakini P.Tağıyev əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət edib, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunub. Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Ətraflı “Baku TV”nin videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO