Zərdabda qanunsuz ağac kəsən şəxs saxlanılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Gödəkqobu kəndi ərazisində qanunsuz olaraq ağac kəsən S.Əzizov saxlanılıb.
Araşdırmalarla adıçəkilən şəxsin kəndin çöl sahəsində sağlam söyüd ağaclarını kəsərək təbiətə maddi ziyan vurduğu müəyyən edilib.
S.Əzizov barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb edilib.
Bizim.Media, Aran bürosu



























































































