Göyçay rayonunda sürücü müdirini döyüb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Qarabaqqal kəndindəki kafedə baş verib.
Kənd sakini, 1985-ci il təvəllüdlü Turabin Əliyev (soyad şərtidir) həmkəndlisi Anar adlı sahibkarın yanında sürücü işləməyə başlayıb. O, razılıq əsasında Anarın TIR markalı yük maşını ilə Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə yük daşıyıb. Razılığa əsasən, Turabin hər reysə görə 1000 manat zəhmət haqqı alıb, qalan məbləği isə Anara verib.
Bir müddət əvvəl Turabin Anara zəng edərək, daha çox zəhmət haqqı istəyib. O bildirib ki, yük maşınını idarə etdiyi üçün aldığı məvacib ona bəs etmir. Anar isə bildirib ki, əgər sərf etmirsə, maşını qaytarsın. Turabin də onun bu təklifi ilə razılaşıb, yük maşınının açarlarını Anara təhvil verib.
Bir neçə gündən sonra Turabin Anara yenidən zəng edərək bildirib ki, onun yük maşınının ehtiyat hissələrinə 1500 manat xərci çıxıb və həmin məbləğin 50 faizini o verməlidir. Anar isə yük maşınına o qədər xərc çıxmasına inanmayıb və aralarında mübahisə yaranıb. Hadisədən bir neçə saat sonra Turabin yenidən Anara zəng vuraraq, yerini soruşub. Anar isə bildirib ki, o, dostları ilə birlikdə kafedə yemək yeyir. Turabin həmin kafeyə gəlib. Anar onun kafeyə gəldiyini görüb onu öz masalarına dəvət edib. Turabin masaya yaxınlaşaraq Anarla mübahisə edib, ondan həmin pulu tələb edib. Mübahisə davaya çevrilib və Turabin Anara yumruq zərbələri endirib. Hadisə nəticəsində Anarın çənəsi qırılıb və bədəninin müxtəlif yerlərindən xəsarətlər alaraq, Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Polisin keçirdiyi əməliyyatla Turabin saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş Göyçay Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Turabin Əliyev 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq edilir. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:54 / 06.11.2025
Göyçayda sürücü müdirini döyüb çənəsini qırdı
Hazırda oxunan: Göyçayda sürücü müdirini döyüb çənəsini qırdı
Hazırda oxunan: Göyçayda sürücü müdirini döyüb çənəsini qırdı
579256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































