Daha bir avtomobil yolu ÖDƏNİŞLİ OLACAQ - RƏSMİ

Daha bir avtomobil yolu ÖDƏNİŞLİ OLACAQ - RƏSMİ

Hazırda oxunan: Daha bir avtomobil yolu ÖDƏNİŞLİ OLACAQ - RƏSMİ

579225

Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq.

Bizim.Media xəbər verir ki, bunu Zəngilan rayonunun Ağbənd qəsəbəsinə mediatur zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov deyib.

Onun sözlərinə görə, hazırda yolun ödənişsiz alternativ marşrutu istifadədə olsa da, yeni inşa edilən əsas magistral yol üzrə ödənişli sistemin tətbiqi planlaşdırılır:

"Hazırda ödənişli sistem işə salınmayıb, lakin layihə üzrə bu yolun ödənişli olması nəzərdə tutulur. Bu yol regionda ilk dəfə müasir standartlara uyğun ödənişli avtomobil yolu kimi fəaliyyət göstərəcək".

Z. Həsənov qeyd edib ki, ödənişli yolun paralelində Horadiz–Cəbrayıl–Zəngilan istiqamətində 2-ci texniki dərəcəyə uyğun olaraq alternativ, pulsuz yol artıq çəkilib, istismara verilib:

"Alternativ yol hazırda tam istifadədədir, sürücülərdən heç bir ödəniş tələb olunmur. Yeni ödənişli magistral isə I texniki dərəcəyə uyğun tikilir və daha yüksək təhlükəsizlik, hərəkət rahatlığı və sürət təmin edəcək".

Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometr təşkil edir və layihənin 2026-cı ilin II yarısında yekunlaşdırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO