Belaruslu qadın ABŞ hökumətinə qarşı fırıldaqçılıq, qaçaqmalçılıq, pul yuyulması və ixrac nəzarəti qanunvericiliyinin pozulması məqsədilə sui-qəsddə iştirak ittihamı ilə Fransadan ABŞ-a təhvil verilib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Kolumbiya dairəsi prokurorluğu, ABŞ Ədliyyə Nazirliyi, Federal Təhqiqat Bürosu (FBI) və Sənaye və Təhlükəsizlik Bürosunun iştirakı ilə hazırlanan ittiham aktına əsasən, 2022-ci ildən etibarən Belarus vətəndaşı ABŞ-da yaşayan həmfikirləri ilə birlikdə çoxsaylı avionika və digər aviasiya avadanlıqlarını qanunsuz şəkildə əldə edərək Rusiyaya çıxarıb.
Məlumata görə, onlar Ermənistanda, Maldiv adalarında və digər ölkələrdə yerləşən şirkətlərdən istifadə edərək bu avadanlıqları ABŞ Ticarət Nazirliyinin lisenziyaları olmadan Rusiyaya göndəriblər.
İdarənin məlumatında qeyd olunur ki, tədarüklərin həyata keçirilməsi zamanı vasitəçi dövlətlərdən istifadə olunub ki, bu da Rusiyadakı son alıcının şəxsiyyətini gizlətmək məqsədi daşıyıb. Həmin alıcının Ticarət Nazirliyindən lisenziyası olmayıb.
İttihamda həmçinin vurğulanır ki, sxem iştirakçıları dəfələrlə aviakomponentlərin real son istifadəçiləri və təyinat məntəqələri barədə məlumatları gizlədib və saxtalaşdırıblar, sənədlərdə yalan məlumatlar təqdim ediblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:50 / 06.11.2025
Belaruslu qadın Ermənistan üzərindən Rusiyaya aviasiya hissələri göndərib – ŞOK DETALLAR
Hazırda oxunan: Belaruslu qadın Ermənistan üzərindən Rusiyaya aviasiya hissələri göndərib – ŞOK DETALLAR
Hazırda oxunan: Belaruslu qadın Ermənistan üzərindən Rusiyaya aviasiya hissələri göndərib – ŞOK DETALLAR
579205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































