Şuşa qalasında atəşfəşanlıq olacaq

Şuşa qalasında atəşfəşanlıq olacaq

Hazırda oxunan: Şuşa qalasında atəşfəşanlıq olacaq

579154

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin beşinci ildönümü ilə bağlı Şuşa şəhərində “8 Noyabr- Zəfərin təntənəsi” adlı silsilə tədbirlər keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu gün Şuşa şəhərindəki Bayraq Meydanından başlayaraq hərbi yürüş olacaq.

Noyabrın 8-də isə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçiriləcək. Belə ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə məktəblilərin Zəfər sevinci ilə bağlı tədbiri olacaq.

Şuşa Hoteldə sakinlərin rəsm əsərləri, “Güllü bağ”da isə əl işlərindən ibarət sərgi təşkil ediləcək.

Burada Zəfər gününə həsr edilmiş konsert, həmçinin Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə birgə konsert olacaq. Bayram tədbirləri axşam saatlarında Şuşa qalasında atəşfəşanlıqla başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO