Qusarda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi - FOTO

Qusarda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi - FOTO

Hazırda oxunan: Qusarda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi - FOTO

579095

Bu gün Qusar rayonunda 8 Noyabr - Zəfər Günü ərəfəsində Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon ağacəkmə aksiyası təşkil edilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, aksiya çərçivəsində Qusar şəhəri ərazisində 360 ədəd həmişəyaşıl Eldar şamı, kəndlərarası avtomobil yollarının kənarlarında yerli iqlimə uyğun digər ağac növlərindən olan tinglər olmaqla, ümumilikdə 3500 ağac tingi əkilib.

Əkilən ağaclar suvarılıb, onlara zəruri aqrotexniki qulluq göstərilib. Aksiyada müəssisə və təşkilatların kollektivlərindən 600 nəfərdən çox şəxs iştirak edib. 


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO